
OnePlus 12-nin yeni render fotoları təqdim edilib
OneLeaks ləqəbli məşhur insayder OnePlus 12 flaqman smartfonunun yeni render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, OnePlus 12 modeli OnePlus 11-ə bənzəyəcək. Yeni smartfon kənarları bir qədər əyilmiş ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldə 3 ədəd kamera obyektivi mövcud olacaq. Fotolarda görmək olar ki, smartfonun arxa panelində 3 ədəd kamera obyektivindən əlavə olaraq daha bir dairəvi sahə mövcuddur.
_large.jpg)
Lakin onun nə üçün lazım olduğu hələ aydın deyil. Gözləntilərə əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin ilin sonunda Çində təqdim olunacağı gözlənilir. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəlində baş tutmalıdır.

_large.jpg)
_large.jpg)
Paylaş
Bənzər xəbərlər