main-post-cover

    OnePlus 12 qlobal bazarda düşünüldüyündən daha tez təqdim oluna bilər

    Cihazlar+
    19.07.2023
    Emil Nəcəfov
        Dünən insayderlər OnePlus 12 flaqman smartfonunun qlobal bazarda nə zaman təqdim olunacağı barəsində məlumat vermişdilər. Dünənki məlumatda qeyd edilmişdi ki, OnePlus 12 qlobal bazarda gələn ilin fevral ayında təqdim ediləcək. Lakin indi insayderlər smartfonun qlobal bazarda yeni təqdimat müddətini açıqlayıblar. Məlumata əsasən smartfon qlobal bazarda daha tez təqdim edilə bilər.
        Qeyd etmək lazımdır ki, OnePlus 12-nin Çin bazarındakı təqdimatının bu ilin dekabr ayında baş tutacağı gözlənilir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən OnePlus 12-nin qlobal bazarda təqdimatı gələn ilin fevralında deyil, yanvarında baş tutacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər