Logo
    main-post-cover

    OnePlus 12R-in keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    20.07.2023
        OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacağı gözlənilən OnePlus 12R smartfonunun render fotolarını təqdim edib. Daha öncəki OnePlus R modelləri kimi OnePlus 12R də əsas flaqman modelin bir qədər sadələşdirilmiş versiyası rolunda çıxış etməlidir. Fotolardan görmək olar ki, OnePlus 12R smartfonu xarici görünüşcə OnePlus 11-ə və bu ilin sonunda təqdim ediləcək OnePlus 12-yə bənzəyir. Bununla belə OnePlus 12R-in ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq.
        Smartfonun arxa kamera sahəsinin dizaynı OnePlus 11 OnePlus 11R-də olan arxa kamera sahəsinin dizaynına bənzəyir. Bəzi məlumatlara əsasən OnePlus 12R smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 16 GB-a kimi RAM-ı, 256 GB-a kimi daxili yaddaş həcmini və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12R-in keyfiyyətli render fotoları təqdim edilib | Technote