
İnsayderlər OnePlus şirkətinin OnePlus 12R adlı yeni smartfonunun texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Çində təqdim olunacaq OnePlus Ace 3 adlı smartfonun qlobal versiyası rolunda çıxış edəcək. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus 12R smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralar mövzusunda OnePlus 12R 50 MP + 32 MP + 8 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, OnePlus 12R-in təqdimatı 2024-cü ilin əvvəli üçün gözlənilir.