main-post-cover

    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib

    Cihazlar+
    16.08.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find X8 Ultra smartfonu, OnePlus şirkəti isə OnePlus 13 smartfonu üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adları sadalanmış bu smartfonlarda ön panelin necə görünəcəyini əks etdirən fotonu bölüşüb. İnsayder tərəfindən təqdim edilmiş fotoya əsasən smartfonlar yastı ekranı əldə edəcəklər və smartfonlarda ekran ətrafı çərçivələr olduqca nazik olacaqlar.
         Bəzi məlumatlara əsasən həm OPPO Find X8 Ultra həm də OnePlus 13 Çinin BOE şirkəti tərəfindən istehsal ediləcək 6.8 düym ölçülü OLED ekranla təchiz olunacaq. Bu smartfonlarda ekran 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsi özəlliyini dəstəkləməlidir. Bundan əlavə olaraq bu smartfonların Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqları və özlərində 5000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcəkləri gözlənilir. OnePlus 13-ün bu ilin sonunda Çində, gələn ilin əvvəlində isə qlobal bazarda təqdim olunacağı güman edilir. OPPO Find X8 smartfon seriyasına gəldikdə isə onun təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds Pro 3-ün xarici görünüşü sərgilənib
    oneplus-buds-pro-3-un-xarici-gorunusu-sergilenib
    OPPO Find X8 smartfonlarının ekran ölçüləri açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ekran-olculeri-aciqlanib
    Orta büdcəli OPPO A80 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a80-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib
    oneplus-buds-pro-3-naqilsiz-flaqman-qulaqliginin-teqdimati-anons-edilib
    OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-hansi-prosessorlarla-calisacaqlari-aciqlanib