Logo
    main-post-cover

    OnePlus 15 flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.10.2025
    Emil
         OnePlus şirkəti rəsmi şəkildə OnePlus 15 flaqman smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus 15 smartfonu 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 2772х1272 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Smartfonun gövdəsi IP66/68/69/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 15 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 7300 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. OnePlus 15 artıq sabah Çində satışa çıxacaq və qiyməti 561$-dan start götürəcək. Müəyyən müddətdən sonra isə smartfon həmçinin qlobal bazarda satışa çıxmalıdır.
    Paylaş