
OnePlus 15-in hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. Şirkət bu yeni smartfonunun təqdimat tarixini hələ açıqlamasa da, onun hansı prosessoru əldə edəcəyini artıq indidən rəsmi şəkildə elan edib. OnePlus tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 15 smartfonu Qualcomm-un yenicə təqdim etmiş olduğu Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq OnePlus təsdiqləyib ki, OnePlus 15-in ekranı 165 Hz-lik təsvir yenilənməsinin dəstəyinə sahib olacaq. Çox güman ki, bu, mobil oyunlar üçün nəzərdə tutulacaq. OnePlus 15-in təqdimat tarixinin yaxın müddətdə elan ediləcəyi gözlənilir.

Paylaş