
OnePlus 15-in ilk real fotosu ortaya çıxıb
OnePlus şirkəti yaxın müddətdə və ya ilin sonuna kimi OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda OnePlus 15-in arxa paneli 3 müxtəlif gövdə rəngində əks olunub. Görmək olar ki, OnePlus 15 yeni gövdə dizaynını əldə edəcək. Onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Kameraların yerləşməsi baxımından kamera sahəsi iPhone-nun kamera sahəsinə bənzəyir. Məlumatda qeyd edilib ki, smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym ölçülü ekranla təchiz olunacaq. Çox güman ki, smartfon Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaq.

Paylaş