
OnePlus 15-in təqdimatı anons edilib
OnePlus şirkəti öz növbəti flaqman smartfonu olacaq OnePlus 15-in təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterlərdə qeyd olunub ki, smartfon 27 oktyabr tarixində Çində təqdim olunacaq. Bununla yanaşı təqdim olunmuş posterlərdə OnePlus 15-in arxa panel dizaynı sərgilənib. Son məlumatlara əsasən OnePlus 15 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq və Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq.


Paylaş