Logo
    OnePlus 15 smartfonu Geekbench testlərindən keçib

    OnePlus 15 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    19.09.2025
         Gözləntilərə əsasən OnePlus şirkəti öz növbəti flaqman smartfonu olacaq OnePlus 15-i ilin sonuna kimi təqdim edəcək. İndi isə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən OnePlus 15-in prosessoru özündə 6 ədəd 3.63 GHz tezlikli nüvəni və 2 ədəd 4.61 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə təqdimata hazırlaşan Snapdragon 8 Elite 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən OnePlus 15-in 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3709 xal, çoxnüvəli testi çərçivəsində isə 11000 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 15 smartfonu Geekbench testlərindən keçib