Logo
    OnePlus 16 telefonunun Hindistan taleyi Oppo Find X10-dan asılı ola bilər

    OnePlus 16 telefonunun Hindistan taleyi Oppo Find X10-dan asılı ola bilər

    Cihazlar+
    15.11.2026
        “OnePlus 16” oktyabrda Çində satışa çıxıb, amma Hindistana gəlib-gəlməyəcəyi hələ dəqiqləşməyib. “OnePlus” iyulda Avropa və Şimali Amerika bazarlarından rəsmi şəkildə çıxdığını açıqlamışdı. Şirkət Hindistanda işini davam etdirəcəyini demişdi. Xəbərlərə görə, yeni flaqman bu ölkədə satış üçün hazırlanır, lakin yekun qərar hələ verilməyib.
        Qərarın “Oppo Find X10”un Hindistandakı satış nəticələrindən asılı olacağı gözlənilir. Şirkət əvvəlcə bu modelin satış hesabatına baxacaq, sonra “OnePlus 16”nı bazara çıxarıb-çıxarmayacağına qərar verəcək. Telefonun Hindistan təqdimatının hələ təsdiqlənməməsi və gecikməsi də bununla əlaqələndirilir.
        “Oppo Find X10” Hindistanda oktyabrda satışa çıxıb. Modelin 12 GB RAM və 256 GB yaddaşlı versiyası 139 999 rupiyə satılır. Bu, təxminən 1488 dollar (2530 manat) edir. Hər iki marka eyni şirkətlər qrupuna daxildir. Buna görə onların flaqman telefonlarının eyni alıcılar uğrunda rəqabət aparması satış planına təsir edə bilər.
        “OnePlus 16”da 6,78 düymlük LTPO AMOLED ekran var. Ekranın təsvir ölçüsü 1272x2772 pikseldir. 165 Hz yenilənmə tezliyi görüntünü, xüsusən sürətli hərəkətləri daha axıcı göstərir. Uyğun oyunlarda bu göstərici 185 Hz-ə çatır. Telefonda “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru işləyir. Yaddaş seçimləri 16 GB-dək RAM və 1 TB-dək daxili yaddaşı əhatə edir.
        Arxa tərəfdə görüntü titrəməsini azaldan optik sabitləşdirməli 200 MP əsas kamera var. 50 MP periskop kamera görüntünü keyfiyyət itkisi olmadan 3 qat yaxınlaşdırır. Avtofokuslu ultra genişbucaqlı kamera və ön kamera 50 MP-dir. Telefonun batareyası 9000 mAh-dır. Naqillə 100 Vt, naqilsiz isə 50 Vt sürətli şarj işləyir. Cihazın IP66 və IP68 qoruma dərəcələri var. IP69 və IP69K göstəriciləri də telefonun suya və toza davamlı olduğunu göstərir. Model “Android 17” əsaslı “ColorOS 17” sistemi ilə işləyir. Çində başlanğıc qiyməti 5999 yuan olub. Bu, təxminən 897 dollar (1520 manat) edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...