OnePlus 160 vatt gücündə sürətli şarj texnologiyasına sahib smartfon üzərində çalışır

OnePlus 160 vatt gücündə sürətli şarj texnologiyasına sahib smartfon üzərində çalışır

Mobil Cihazlar
14.03.2022 PAYLAŞIM

    İnsayderlərin verdikləri məlumata əsasən OnePlus şirkəti PGKM10 koduna sahib yeni smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən hazırlanan yeni smartfonun əsas özəlliyi ondan ibarət olacaq ki, o, 160 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonun hansı ad altında satışa çıxacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, söhbət, 5G dəstəkli smartfondan gedir. Ehtimallar səsləndirilir ki, hazırlanan smartfon OnePlus 10 seriyasına daxil olacaq.

    Həmçinin məlumatda qeyd edilib ki, smartfon MediaTek şirkətinin Dimensity 8100 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən 8 nüvəli bu prosessor özündə Mali-G610 qrafik çipini və aparıcı 5G modemi birləşdirir. Bəzi məlumatlara əsasən Smartfon həmçinin 6.7 düym ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa kameralarından biri isə 50 MP-lik Sony IMX766 olacaq. Smartfonun 4500 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×