main-post-cover

    OnePlus 8T flaqman smartfonunun təqdimat tarixi elan edilib (VİDEO)

    Cihazlar+
    22.09.2020
    Farid Pardashunas
        Bir sıra məlumat sızıntılarından sonra OnePlus şirkəti OnePlus 8T smartfon modelinin təqdimat tarixini elan edib. Şirkətin rəsmi Youtube kanalında OnePlus 8T smartfonuna həsr edilmiş videoda təqdimat tarixi ilə yanaşı həmçinin smartfonun sahib olacağı vacib özəlliklərdən biri əks olunub. Bu barədə 4pda saytı xəbər verib. Təqdim olunmuş videoya əsasən OnePlus 8T smartfonu yastı ekrana, ekran ətrafında nazik çərçivələrə və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahib olacaq. Şirkət OnePlus 8T smartfonunu 14 oktyabr tarixində təqdim edəcək. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon Snapdragon 865+ prosessoru, 8/12 GB RAM və 128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfonun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər