main-post-cover

    OnePlus 8T-nin əsas özəlliklərindən biri barəsində rəsmi məlumatlar verilib (VİDEO)

    Cihazlar+
    25.09.2020
    Emil Nəcəfov
        OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus 8T flaqman smartfon modeli barəsində məlumatlar verməyə davam edir. Smartfonun sahib olacağı ekran barəsində məlumatdan sonra şirkət onun batareyası barəsində məlumat verib. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə OnePlus 8T-nin yeni reklam videosu təsdiqləyib ki, smartfon 65 vatt gücündə olan Warp Charge adlı sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Məlumatda qeyd olunub ki, bu texnologiya vasitəsilə smartfon 58% enerjini 15 dəqiqəyə, 100% enerjini isə 39 dəqiqəyə yığacaq.
        Onu da qeyd etmək lazımdır ki, smartfon naqilsiz şarj texnologiyasını əldə etməyəcək. Bununla yanaşı OnePlus 8T modeli ümumi həcmi 4500 mAh olan iki ədəd batareya ilə təchiz olunacaq. Şarj prosesi zamanı hər iki batareya eyni anda enerji yığacaq. Şirkət bildirib ki, şarj prosesi zamanı təhlükəsizliyin təmin olunması üçün xüsusi şifrələmə çipindən istifadə olunur və bu çip şarj naqili ilə şarj adapterini idarə edir.
        Smartfonda olan xüsusi soyutma sistemi isə elektron komponentlərin qızmasının qarşısını alır. Həmçinin şarj adapterinin dizaynında da dəyişiklik olacaq. Belə ki, o, USB Type-C girişini əldə edəcək və digər cihazları da bu adapter ilə şarj etmək mümkün olacaq. Bu halda USB Power Delivery funksiyası vasitəsilə cərəyan gücü 45 vatt-ı keçməyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 8T-nin təqdimatı 14 oktyabr tarixində baş tutacaq. 
    Linki kopyala