main-post-cover

    OnePlus 8T-nin güman olunan təqdimat tarixi ilə texniki özəllikləri sızdırılıb

    Cihazlar+
    04.09.2020
    Farid Pardashunas
        Büdcəli OnePlus Nord smartfonundan sonra OnePlus 8T flaqman modelinin təqdimatı gözlənilir. Şirkət OnePlus 8T-nin rəsmi təqdimat tarixi barəsində hələki heç bir məlumat verməsə də insayderlərin sözlərinə əsasən smartfonun təqdimatını çox gözləməyə ehtiyac qalmayacaq. İndi isə internetdə smartfonun güman olunan təqdimat tarixi ilə yanaşı texniki göstəriciləri də ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə ortaya çıxmış məlumata əsasən OnePlus 8T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekrana sahib olacaq.
        Bununla yanaşı smartfon Snapdragon 865 Plus prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi və 48 MP + 16 MP (ultragenişbucaqlı sensor) + 5 MP (makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera ilə təchiz olunacaq. İnsayderlər bildiriblər ki, OnePlus 8T modeli OxygenOS 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun ya sentyabr ayının sonunda ya da gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər