OnePlus 8T smartfonu rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

OnePlus 8T smartfonu rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
15.10.2020 PAYLAŞIM

    Əvvəlcədən də elan edildiyi kimi dünən OnePlus şirkəti özünün yeni flaqman smartfonu olan OnePlus 8T-ni təqdim etdi. Lakin əvvəlki illər ilə müqayisədə bu dəfə OnePlus T seriyasına Pro model əlavə olunmadı. Nəticədə şirkət yalnız bir ədəd smartfon təqdim edib. OnePlus 8 ilə müqayisədə OnePlus 8T modeli yenilənmiş dizayn və daha yaxşı texniki özəlliklər əldə edib. Yeni smartfonda şirkət kənarları əyilmiş ekran dizaynından imtina edib. OnePlus 8T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym OLED ekran əldə edib. Ekranın özü HDR10+ texnologiyasını dəstəkləyir.


    Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 865 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586) + 16 MP (123 dərəcə bucaq təsvirli sensor) + 5 MP (makroobyektiv) + 2 MP (monoxrom obyektiv) dördlü arxa kamera, 16 MP-lik (Sony IMX471) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Məlumata əsasən bu cür sürətli şarj texnologiyası vasitəsilə smartfon 15 dəqiqə ərzində 60% enerji yığa bilir. OnePlus 8T modeli OxygenOS 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 20 oktyabr tarixində Avropada satışa çıxacaq. 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 599 avroya, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 699 avroya satılacaq.

    OnePlus 8T ilə birlikdə şirkət həmçinin OnePlus Buds Z adlı naqilsiz qulaqlıqları da təqdim edib. Sözügedən qulaqlıqlar smartfona Bluetooth 5.0 standartı vasitəsilə qoşulurlar. Qulaqlıqlar 10 mm-lik drayverlərə sahibdirlər və Dolby Atmos texnologiyasını dəstəkləyirlər. OnePlus Buds Z ətraf səs-küyün aktiv boğulması sisteminə sahib olmasa da şirkət bildirib ki, o, ətraf səs-küyün aşağı salınmasına və zənglər zamanı səsin gücləndirilməsinə sahibdir. Qulaqlıqlar həmçinin Google Assistant səsli köməkçisini də dəstəkləyirlər. Onların gövdələri isə IP55 standartı üzrə sudan qorunur. Çalışma müddətinə gəldikdə isə qulaqlıqlar şarj keysi ilə birlikdə 20 saat çalışa bilirlər. OnePlus Buds Z 2 noyabr tarixində 46$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ..

Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman sm..


Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ..

OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli s..


iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shiel..


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..


Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Ma..


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..

×