OnePlus 9, 9 Pro və 9R smartfonları təqdim olunub - QİYMƏTİ

OnePlus 9, 9 Pro və 9R smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
23.03.2021 PAYLAŞIM

    Yeni məhsullarının təqdimatı çərçivəsində OnePlus şirkəti OnePlus 9, 9 Pro, 9R smartfonlarını və OnePlus Watch smart saatını təqdim edib. Şirkət bu dəfə yeni smartfonlarda əsas diqqəti kameralara ayırıb. Bu səbəbdən də o, İsveçin fotoaparat istehsalçısı olan Hasselblad adlı şirkəti ilə əməkdaşlıq edib. Qeyd etmək lazımdır ki, təqdim edilmiş hər 3 smartfon modeli xarici görünüşcə demək olar eynidir. Onlar öz aralarında bir sıra texniki özəlliyə görə fərqlənirlər. Beləliklə adi OnePlus 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym Fluid AMOLED ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran Gorilla Glass qoruyucu şüşəsi il əhatə edilib. Onu da qeyd etmək lazımdır ki, OnePlus 9-un kənar hissəsi plastik materialdan hazırlanıb, arxa paneli isə şüşə materialdan ibarətdir.


    Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 888 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma) + 50 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (monoxrom sensor) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. OnePlus 9 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym LTPO AMOLED ekranı özündə birləşdirir. Pro modeldə ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanıb. Lakin bu dəfə əyilmə bucağı bir qədər aşağıdır.

    Əsas texniki göstəricilər baxımından OnePlus 9 pro modeli Snapdragon 888 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma, OIS) + 50 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) + 2 MP (monoxrom sensor) dördlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi OnePlus 9-dan fərqli olaraq Pro modeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Flaqman modellərdən əlavə olaraq şirkət daha büdcəli model olan OnePlus 9R-i də təqdim edib. Əslində təqdim edilmiş OnePlus 9R modeli keçən ilki OnePlus 8T modelinin bir qədər sadələşdirilmiş versiyasıdır.

    OnePlus 9R modeli OnePlus 8T-dən xarici görünüş məsələsində yalnız arxa kamera dizaynı ilə fərqlənir. OnePlus 8T kimi OnePlus 9R də 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki özəlliklərə gəldikdə isə OnePlus 9R modeli Snapdragon 870 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP (123 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) + 2 MP (monoxrom sensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, OnePlus 9R modeli hələki Hindistan bazarı üçün nəzərdə tutulub. Bütün smartfonlar OxygenOS interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışırlar. Smartfonların qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib OnePlus 9 - 699 avro

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib OnePlus 9 - 799 avro

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib OnePLus 9 Pro - 899 avro

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib OnePlus 9 Pro - 999 avro

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib OnePlus 9R - 552$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib OnePlus 9R - 607$.

    Yeni smartfonlarla yanaşı şirkət həmçinin hamının çoxdan gözlədiyi smart saat modelini də təqdim edib. Təqdim edilmiş smart saat OnePlus Watch adını əldə edib. Smart saatın əsas özəllikləri arasında AMOLED ekran, sürətli şarj texnologiyasının dəstəyi və şirkət ekosisteminə sıx inteqrasiya var. OnePlus Watch dairəvi formada klassik dizaynda reallaşdırılıb. Saatın gövdəsi IP68 standartı üzrə sudan qorunur. Saatın ön panelini 454x454 piksel keyfiyyətli 1.39 düym AMOLED ekran əhatə edir. Bununla yanaşı ekran kənarları əyilmiş 2.5D qoruyucu şüşə ilə də əhatə olunub. Saatın idarəetmə prosesi sensorlu ekran və kənar hissədə yerləşən 2 fiziki düymə ilə reallaşdırılır.

    Smart saata inteqrasiya edilmiş mikrofon və səsgücləndirici sayəsində daxil olan zənglərə cavab vermək mümkündür. İstifadəçi müxtəlif idman növləri ilə məşğul olan zaman fiziki aktivliyin göstəricilərini təyin edə, yuxu keyfiyyətini, qandakı oksigen miqdarını və digər göstəricilərin diaqnostikasını apara bilər. OnePlus Watch 402 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu cür batareya həcmi sayəsində saat 14 gün ərzində adi rejimdə çalışa bilir. Bundan əlavə olaraq əvvəldə də deyildiyi kimi sözügedən smart saat sürətli şarj texnologiyasını dəstəkləyir. Onun sayəsində 20 dəqiqə şarj prosesindən sonra saat 7 gün ərzində adi rejimdə çalışa bilir.

    OnePlus Watch şirkətin ekosisteminə sıx inteqrasiya edilib. Məsələn OnePlus istehsalı olan televizorda video izləyən zaman videonun idarəetməsini bu smart saatla reallaşdırmaq olar. Daxil olan zənglərə də smart saat vasitəsilə cavab vermək mümkündür. Bu halda televizordakı videonun səsi avtomatik şəkildə aşağı salınacaq. Əgər smart saat istifadəçinin yuxuya getdyini təyin etsə, televizor ümumiyyətlə avtomatik olaraq sönəcək. Bundan əlavə olaraq OnePlus Watch-a naqilsiz qulaqlığı qoşaraq smartfon olmadan musiqiyə qulaq asmaq olar. Bunun üçün saata 4 GB daxili yaddaş inteqrasiya edilib və onun 2 GB-ı istifadəçi üçün nəzərdə tutulub. OnePlus Watch 14 aprel tarixində 159$-a satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...


Xiaomi 12 Ultra flaqman smartfonunun texniki özəllikləri ilə satış qiymətləri or..

Xiaomi şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfonu Xiaomi 12 Ultra-nın texniki özəlliklə..


Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatl..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş yeni qatlana bilən sma..


Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə..

Keçən həftə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti gələn ilki iPhone modellərind..


Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub ..

Google şirkəti I/O 2022 konfransı çərçivəsində Pixel ailəsinin yeni məhsullarını təqdim edib...


Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət o..

×