main-post-cover

    OnePlus 9 smartfon seriyasının təqdimat tarixi elan edilib

    Cihazlar+
    08.03.2021
    Farid Pardashunas
        OnePlus şirkəti OnePlus 9 flaqman smartfon seriyasının təqdimat tarixini elan edib. Beləliklə yeni smartfon seriyasının təqdimatı bu ay baş tutacaq. Daha dəqiq desək, 23 mart tarixində. Şirkətin rəsmi dəvətnaməsində olan məlumata əsasən OnePlus 9 seriyasına daxil olacaq smartfonlar İsveçin Hasselblad adlı kamera istehsalçısı ilə əməkdaşlıq çərçivəsində satışa çıxacaqlar. Bir sıra məlumata əsasən təqdimatda şirkət 3 smartfon təqdim edəcək: OnePlus 9, OnePlus 9 Pro OnePlus 9R. Bundan əlavə olaraq şirkətin ilk smart saatı olacaq OnePlus Watch-un da təqdim olunacağı istisna deyil. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlara əsasən OnePlus 9 Pro modeli Snapdragon 888 prosesoru, 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym Super AMOLED ekran, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 65 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.
    Linki kopyala