Logo
    main-post-cover

    OnePlus Ace 2 flaqman smartfonunun texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    21.11.2022
    Emil
        Bu ilin aprel ayında OnePlus şirkəti OnePlus Ace adlı smartfonunu təqdim etmişdi. İndi isə şirkət OnePlus Ace 2 üzərində çalışır. İnsayderlərdən biri sözügedən yeni smartfonun texnki özəllikləri barəsində məlumatları təqdim edib. Beləliklə təqdim edilmiş məlumatlara əsasən OnePlus Ace 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym Fluid AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
        Bununla yanaşı OnePlus Ace 2 özündə 16 GB-a kimi RAM yaddaşını, 256 GB-a kimi daxili yaddaş həcmini və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon Android 13 vasitəsilə çalışacaq. OnePlus Ace 2-nin nə zaman təqdim ediləcəyi bilinmir. Lakin çox güman ki, o, 2023-cü ilin birinci yarısında təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər