
OnePlus Ace 2 Pro barədə yeni rəsmi məlumatlar verilib
OnePlus artıq rəsmi şəkildə təsdiqləyib ki, OnePlus Ace 2 Pro flaqman smartfonu 16 avqust tarixində təqdim ediləcək. Həmin müddətə kimi şirkət bu smartfon barəsində bəzi rəsmi məlumatları təqdim etməyə davam edir. Şirkətin vermiş olduğu yeni məlumata əsasən OnePlus Ace 2 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli OLED ekranla təchiz olunacaq.
Bununla yanaşı şirkət bildirib ki, smartfon 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu cür sürətli şarj texnologiyası sayəsində smartfonun batareyası 100% enerjini 17 dəqiqəyə yığa biləcək. Qeyd etmək lazımdır ki, OnePlus Ace 2 Pro Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 24 GB-a kimi RAM yaddaş ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər