Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    20.06.2023
        OnePlus hal hazırda OnePlus 12 ilə yanaşı OnePlus Ace 2 Pro üzərində də çalışır. İnsayderlər Ace 2 Pro barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı OnePlus Ace 2 Pro Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfon qutudan OxygenOS 13 interfeysli Android 13 vasitəsilə çalışacaq. OnePlus Ace 2 Pro-nun nə zaman təqdim olunacağı hələ bilinmir. Lakin məlumdur ki, o həm Çin bazarında həm də qlobal bazarda satışa çıxacaq. Qlobal bazarda smartfon böyük ehtimal ilə OnePlus 11T adı ilə satılacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Ace 2 Pro barəsində yeni məlumatlar ortaya çıxıb | Technote