Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro bazarda ən geniş həcmli RAM yaddaşını əldə edə bilər

    Cihazlar+
    25.06.2023
    Emil
        OnePlus şirkəti yaxın zamanda OnePlus Ace 2 Pro smartfonunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində yeni məlumat verib. Onun sözlərinə əsasən OnePlus Ace 2 Pro dünyanın 24 GB RAM yaddaşına sahib ilk smartfonu olacaq. Bununla belə insayder bildirib ki, söhbət, 24 GB-lıq fiziki RAM yaddaşından gedir.
        Bunun olacağı halda OnePlus Ace 2 Pro indiyənə kimi satışa çıxmış bütün flaqman smartfonları bu mövzuda geridə qoyacaq. İnsayderin sözlərinə əsasən smartfonun üstəlik 1 TB daxili yaddaş həcminə sahib versiyası da olacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Ace 2 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər