
OnePlus Ace 2 Pro flaqman smartfonu nə zaman təqdim olunacaq?
OnePlus şirkətinin hal hazırda aktiv şəkildə hazırladığı smartfonlar arasında OnePlus Ace 2 Pro var. Digital Chat Station ləqəbli məşhur insayder Sözügedən smartfonun nə zaman təqdim olunacağını söyləyib. İnsayderin sözlərinə əsasən OnePlus Ace 2 Pro smartfonu gələn ay təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Ace 2 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.74 düym OLED ekran ilə təchiz olunacaq.
Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Bundan əlavə olaraq OnePlus Ace 2 Pro bazarın 24 GB RAM-a sahib ikinci smartfonu ola bilər. Qeyd etmək lazımdır ki, 24 GB RAM-a sahib ilk smartfon bir neçə müddət bundan öncə təqdim edilmiş nubia Red Magic 8S Pro+ oldu.
Paylaş
Bənzər xəbərlər