
OnePlus Ace 2 Pro haqqında daha öncə bilinməyən məlumatlar verilib
Təqdimata 2 gün qalmış OnePlus şirkəti OnePlus Ace 2 Pro flaqman smartfonu barəsində daha öncə bilinməyən məlumatları təqdim edib. Məsələn məlum olub ki, sözügedən smartfon flaqman Wi-Fi antenini və daha həssas 5G ötürücüsünü əldə edəcək. Şirkət bildirib ki, OnePlus Ace 2 Pro smartfonu Wi-Fi 7 dəstəyini əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfonun sahib olduğu yeni şəbəkə çipi 34% daha stabil çalışır, şəbəkə siqnalını 19.8% daha yaxşı qəbul edir və şəbəkə siqnalını divarlardan 50% daha aktiv şəkildə “görür”.
Şirkət smartfonun şəbəkə imkanları mövzusunda Wi-Fi və Bluetooth antenlərinin ayrılmasına diqqət yetirib. Bu səbəbdən də Wi-Fi və Bluetooth modullar bir-birilərinə mane olmayacaqlar və smartfona qoşulacaq naqilsiz qulaqlıqlarda siqnal gecikməsi 30 millisaniyədən çox olmayacaq. Şirkət bildirib ki, OnePlus Ace 2-dən fərqli olaraq Ace 2 Pro-nun ekranında barmaq izi skanı texnologiyası daha optimal şəkildə yerləşdiriləcək. Qeyd etmək lazımdır ki, OnePlus Ace 2 Pro 16 avqust tarixində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər