
OnePlus Ace 2 Pro-nun bəzi texniki özəllikləri və təqribi təqdimat müddəti məlum olub
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti hal hazırda OnePlus Ace 2 Pro üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli insayder sözügedən yeni smartfonun texniki özəllikləri və onun nə zaman təqdim olunacağı barəsində məlumatları təqdim edib. İnsayder bildirib ki, OnePlus Ace 2 Pro ya iyul ya da avqust ayında təqdim olunacaq. Bununla yanaşı insayderin sözlərinə əsasən texniki göstəricilər baxımından OnePlus Ace 2 Pro OPPO Reno 10 Pro+ smartfonuna yaxın olacaq.
Lakin OPPO Reno 10 Pro+ smartfonunun Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışdığı halda OnePlus Ace 2 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekranı birləşdirəcək və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Məlumata əsasən qlobal bazarda smartfon OnePlus 11T adı ilə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər