
OnePlus Ace 2 Pro-nun daha bir özəlliyi məlum olub (VİDEO)
16 avqust tarixində OnePlus Ace 2 Pro flaqman smartfonunun təqdimatı baş tutacaq. Şirkət isə öz növbəsində bu smartfonun özəllikləri barəsində məlumatları təqdim etməyə davam edir. Şirkətin təqdim etmiş olduğu videoda OnePlus Ace 2 Pro-nun daha bir özəlliyi əks olunub. Məsələ burasındadır ki, bu smartfonun ekranı hətta yağış altında da problemsiz şəkildə çalışa biləcək. Söhbət, smartfon ekranında reallaşdırılmış Rain Touch Control adlı texnologiyadan gedir.
Bu texnologiya ekranın su ilə təması halında da onun problemsiz şəkildə çalışmasını təmin edir. Bu funksiyanın reallaşdırılması üçün şirkət ekran vəziyyətini təyin və müxtəlif şərtlər çərçivəsində onun optimal performansını təmin etməyi bacaran xüsusi çipi hazırlamalı olub. Qeyd etmək lazımdır ki, OnePlus Ace 2 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər