
OnePlus Ace 2 Pro-nun keyfiyyətli render fotosu təqdim edilib
Son zamanlarda OnePlus Ace 2 Pro smartfonu barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Lakin onun xarici görünüşü indiyənə kimi sirr olaraq qalırdı. Digital Chat Station ləqəbli məşhur insayder isə bu vəziyyəti dəyişib. Belə ki, insayder OnePlus Ace 2 Pro-nun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda sözügedən smartfonun arxa kamera sahəsi əks olunub. Fotodan da görmək olar ki, yeni smartfon bu il OnePlus smartfonlarına xas olan dizaynı əldə edəcək.
Söhbət, arxa kamera sahəsinin smartfonun sağ kənar hissəsi ilə birləşməsindən gedir. Qeyd etmək lazımdır ki, daha öncəki OnePlus modellərində həmin yerdə smartfonun səssiz rejimə keçid düyməsi mövcud idi. Lakin yeni OnePlus Ace 2 Pro-da həmin düymənin olub-olmayacağı bilinmir. Kamera sahəsinin sağ kənar hissə ilə birləşməsi nəticəsində şirkət səssiz rejimə keçid düyməsini smartfonun sol kənar hissəsinə keçirtmiş ola bilər. Fotodan da görmək olar ki, OnePlus Ace 2 Pro özündə üçlü arxa kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, smartfon bu ay ərzində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər