Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro-nun maksimal RAM yaddaşına sahib olacağı təsdiqlənib

    Cihazlar+
    04.08.2023
    Emil
        OnePlus şirkəti bu ay ərzində təqdim edəcəyi OnePlus Ace 2 Pro smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Şirkətin Weibo adlı sosial şəbəkədə paylaşmış olduğu tizer fotoda OnePlus Ace 2 Pro-nun əldə edəcəyi maksimal RAM yaddaşı göstəricisi əks olunub. Beləliklə şirkət təsdiqləyib ki, yeni smartfon 24 GB RAM ilə təchiz olunacaq. Nəticədə OnePlus Ace 2 Pro bazarda 24 GB RAM-a sahib az sayda smartfon siyahısına daxil olacaq. Qeyd etmək lazımdır ki, smartfonun həmçinin 1 TB-a kimi daxili yaddaş həcminə də sahib olacağı gözlənilir. Son məlumat sızıntılarına əaasən OnePlus Ace 2 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.74 düym OLED ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər