Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    07.08.2023
    Emil
        Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda OnePlus Ace 2 Pro-nun təqdimatını anons edib. Şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən OnePlus Ace 2 Pro smartfonu 16 avqust tarixində təqdim ediləcək. Təqdim edilmiş posterdə həmçinin OnePlus Ace 2 Pro-nun arxa paneli də əks olunub.
        Əks olunmuş foto isə öz növbəsində bu smartfon barəsində daha öncəki dizayn sızıntılarını təsdiqləyib. Son məlumat sızıntılarına əsasən OnePlus Ace 2 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Bununla yanaşı OnePlus Ace 2 Pro 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya sahib olmalıdır. 
    Paylaş
    Bənzər xəbərlər