Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro-nun texniki göstəriciləri məlum olub

    Cihazlar+
    19.07.2023
        OnePlus şirkəti gələn ay ilk qatlana bilən smartfonu ilə yanaşı həmçinin OnePlus Ace 2 Pro flaqman smartfonunu da təqdim etməlidir. İndi isə insayderlər OnePlus Ace 2 Pro smartfonunun texniki göstəricilərini təqdim ediblər. Onların sözlərinə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, OnePlus Ace 2 Pro 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya, 16 MP-lik ön kameraya və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Ace 2 Pro-nun texniki göstəriciləri məlum olub | Technote