Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro qlobal bazarda satışa çıxacaq

    Cihazlar+
    28.07.2023
    Emil
        OnePlus artıq rəsmi şəkildə təsdiqləyib ki, OnePlus Ace 2 Pro smartfonu gələn ay təqdim olunacaq. Qeyd etmək lazımdır ki, təqdimat Çində baş tutacaq. İnsayderlərin verdikləri yeni məlumata əsasən OnePlus Ace 2 Pro həmçinin qlobal bazarda da satışa çıxacaq. Lakin qlobal bazarda smartfon fərqli ad altında satılacaq. Belə ki, insayderlərin sözlərinə əsasən OnePlus Ace 2 Pro smartfonu qlobal bazarda OnePlus 11RT adı altında satılacaq. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər