Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro smartfonu AnTuTu testindən keçib

    Cihazlar+
    02.08.2023
    Emil
        OnePlus Ace 2 Pro smartfonunun təqdimatına az müddət qalmış onun AnTuTu testindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi texniki göstəriciləri təsdiqlənmiş olub. OnePlus Ace 2 Pro-nun AnTuTu test nəticəsi və texniki göstəriciləri onun yaxın zamanların ən güclü Android smartfon olacağına işarə edirlər. Beləliklə OnePlus Ace 2 Pro smartfonu AnTuTu testində 1 733 703 xal toplayıb.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş nubia Red Magic 8S Pro AnTuTu testində 1.3 milyon xal toplayır. OnePlus Ace 2 Pro-ya gəldikdə isə o da nubia Red Magic 8S Pro kimi Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Qeyd etmək lazımdır ki, OnePlus Ace 2 Pro bu ay təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər