main-post-cover

    OnePlus Ace 2 smartfonunun yeni versiyası barəsində bəzi məlumatlar verilib

    Cihazlar+
    28.02.2023
    Farid Pardashunas
        OnePlus şirkəti Çinin Weibo sosial şəbəkəsində OnePlus Ace 2 smartfonunun yeni versiyasının ilk tizer fotosunu təqdim edib. Şirkətin vermiş olduğu məlumata əsasən sözügedən smartfonun yeni versiyası OnePlus Ace 2V adını əldə edəcək. Onun təqdimatı mart ayının əvvəlində baş tutacaq. OnePlus Ace 2V-nin adi OnePlus Ace 2-dən əsas fərqi ondan ibarət olacaq ki, yeni smartfon Snapdragon 8+ Gen 1 prosessoru əvəzinə MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunacaq.
        Bundan əlavə olaraq OnePlus Ace 2V modeli 50 MP əvəzinə 64 MP-lik əsas arxa kamera və yastı ekran əldə edəcək. Digər texniki göstəricilərə gəldikdə isə onlar OnePlus Ace 2-nin texniki göstəriciləri ilə eyni olacaq. Yəni OnePlus Ace 2V modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, LPDDR5X standartlı RAM yaddaşına, UFS 3.1 standartlı daxili yaddaş həcminə və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bəzi məlumatlara əsasən OnePlus Ace 2V modeli qlobal bazarda şirkətin Nord seriyası çərçivəsində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər