
OnePlus Ace 2 smartfonunun yeni versiyası hazırlanır
Hələ bir neçə müddət bundan öncə OnePlus şirkəti Çində OnePlus Ace 2 smartfonunu təqdim etmişdi. Daha sonra isə şirkət onun qlobal versiyası olan OnePlus 11R-i təqdim etdi. İndi isə ortaya çıxmış məlumata əsasən şirkət OnePlus Ace 2-nin yeni versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, OnePlus Ace 2-nin hazırlanan yeni versiyası orijinaldan prosessoru ilə fərqlənəcək. Qeyd etmək lazımdır ki, OnePlus Ace 2 modeli Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunur. Hazırlanan yeni versiya isə MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı yeni versiya yastı ekran əldə edəcək və 400$-dan aşağı qiymətə satılcaq. Digər özəlliklər baxımından isə yeni versiya OnePlus Ace 2 (OnePlus 11R) ilə eyni olacaq
Paylaş
Bənzər xəbərlər