main-post-cover

    OnePlus Ace 2V smartfonu təqdim edilib

    Cihazlar+
    07.03.2023
    Farid Pardashunas
        OnePlus şirkəti Çində OnePlus Ace 2V smartfonunu təqdim edib. Təqdim edilmiş yeni smartfon orta satış qiymətinə sahib olmasına baxmayaraq flaqman səviyyəsinə yaxın olan texniki özəllikləri təqdim edir. Belə ki, OnePlus Ace 2V modeli güclü prosessor, böyük yaddaş həcmi, optik stabilizasiyaya sahib kamera və sürəti şarj texnologiyası ilə təchiz olunub. OnePlus Ace 2V xarici görünüşcə daha öncə təqdim edilmiş OnePlus Ace (OnePlus 11R) modelinə heç bənzəmir. Belə ki, yeni smartfon yastı dizayna və ekrana sahibdir.
        Lakin bununla belə yeni smartfon səssiz rejimə keçid üçün nəzərdə tutulmuş ayrıca fiziki düyməni özündə qoruyub saxlayıb. OnePlus Ace 2V modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əlavə olaraq ekrana optik barmaq izi skanı texnologiyası da inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Ace 2V modeli MediaTek Dimensity 9000 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.7 diafraqma, avtofokus, optik stabilizasiya, 81 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma, 89 dərəcə bucaq əhatəsi, 4 sm minimal fokus məsafəsi) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Ace 2V yalnız Çin bazarında satışa çıxacaq. Lakin yay fəslində onun qlobal versiyası təqdim ediləcək. Söhbət, OnePlus Nord 3-dən gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər