main-post-cover

    OnePlus Ace 2V smartfonunun təqdimat tarixi elan edilib

    Cihazlar+
    01.03.2023
    Farid Pardashunas
        OnePlus şirkəti OnePlus Ace 2 smartfonunun yeni versiyasının təqdimat tarixini rəsmi şəkildə elan edib. Söhbət, OnePlus Ace 2V smartfonundan gedir. Beləliklə şirkət bildirib ki, sözügedən yeni smartfon 7 mart tarixində təqdim ediləcək. Təqdimat tədbiri Çində baş tutacaq. OnePlus Ace 2V-nin qlobal bazarda OnePlus Nord seriyası altında satışa çıxacağı gözlənilir. Çox güman ki, o, qlobal bazarda OnePlus Nord 3 adı ilə satışa çıxacaq. Bundan əlavə olaraq şirkət təsdiqləyib ki, OnePlus Ace 2V smartfonu MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər