main-post-cover

    OnePlus Ace 3 smartfonunun texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    26.09.2023
    Emil Nəcəfov
        Hələ təqdim olunmamış OnePlus Ace 3 smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Sözügedən yeni smartfon artıq bu ilin sonunda təqdim edilə bilər. İndi isə OnePlus Ace 3-ün texniki imkanları barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən OnePlus Ace 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə məlumatlarda qeyd edilib ki, smartfon 50 MP + 32 MP + 8 MP üçlü arxa kameraya sahib olacaq.
    Linki kopyala