
OnePlus Ace 3V smartfonunun texniki göstəriciləri açıqlanıb
OnePlus şirkəti bu ayın əvvəlində OnePlus Ace 3 smartfonunu keçən həftə isə onun qlobal versiyası OnePlus 12R-i təqdim etdi. Verilmiş məlumata əsasən şirkət hal-hazırda OnePlus Ace 3-ün bir qədər sadələşdirilmiş versiyası üzərində çalışır və onun adı OnePlus Ace 3V olacaq. Məlumatda qeyd edilib ki, OnePlus Ace 3V smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq. Smartfonun Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smartfon barəsində digər bir məlumat yoxdur. OnePlus Ace 3V-nin bu ilin birinci yarısında Çində təqdim olunacağı güman edilir. Qlobal bazarda isə smartfon OnePlus Nord seriyası çərçivəsində satışa çıxa bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...