
OnePlus Ace 5-in real fotoları ortaya çıxıb
Cihazlar+
09.12.2024
Emil
OnePlus yaxın zamanda OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edəcək. Bu smartfonların təqdimatları bu ayın sonuna kimi baş tutacaq. İndi isə internetdə OnePlus Ace 5 modelinin ilk real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun yalnız ön paneli əks olunub. Beləliklə ortaya çıxmış fotolardan da görmək olar ki, OnePlus Ace 5 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Smartfon özündə maksimal dərəcədə nazik ekran ətrafı çərçivələri birləşdirəcək. Smartfonun arxa panel dizaynı hələ ki, sirr olaraq qalır. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən OnePlus Ace 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
