
OnePlus Fold-un ilk keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder OnePlus şirkətinin ilk qatlana bilən smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, güman olunan adı OnePlus Fold olacaq smartfon kitab form-faktoru dizaynında hazırlanacaq və bu məsələdə Galaxy Z Fold-u xatırladacaq. OnePlus Fold iki ədəd ekran ilə təchiz olunacaq və arxa paneldən süni dəri örtüyə sahib olacaq. Bununla yanaşı smartfon iki ədəd ön kameraya sahib olacaq. Onlardan biri daxili ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək.
Əsas arxa kameralara gəldikdə isə smartfon Hasselblad şirkətinin kamera sensorlarına sahib arxa kameraları özündə birləşdirəcək. Digər qatlana bilən smartfonlardan fərqli olaraq OnePlus Fold periskop kamera obyektivini əldə edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus-ın ilk qatlana bilən smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 8 düym ölçülü daxili ekran, Snapdragon 8 Gen 2 prosessoru və 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus Fold-un nə zaman təqdim ediləcəyi tam dəqiq bilinmir.
Paylaş
Bənzər xəbərlər