OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu təqdim edəcək

OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu təqdim edəcək

Mobil Cihazlar
18.10.2021 PAYLAŞIM

    Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni brendinin yaxın aylar ərzində ilk smartfon modelini təqdim edəcək. Bəzi faktorlar buna işarə edir və bununla yanaşı olaraq məşhur insayderlərdən biri də bu məlumatı təsdiqləyib. Bir neçə müddət bundan öncə Nothing şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağladı. Şirkətin ilk smartfon modelinin təqdimatı barəsində məlumatlar da bu əməkdaşlıq xəbərinin fonunda ortaya çıxıblar. İki şirkət arasındakı əməkdaşlıq çərçivəsində yeni cihazların istehsalı nəzərdə tutulub. Bundan əlavə olaraq keçən il Nothing şirkəti Essential ticarət nişanını əldə etmişdi.

    Qeyd etmək lazımdır ki, Android-in yaradıcısı olan Andy Rubin məhz Essential brendi altında Essential Phone adlı smartfonu təqdim etmişdi. Lakin sözügedən smartfonun satışları uğurlu olmadığı üçün Essential şirkəti nəticədə bağlandı. Nothing şirkətinin öz ilk smartfon modelini təqdim edəcəyini həmçinin məşhur hindistanlı insayder Mukul Sharma da təsdiqləyib. Onun sözlərinə əsasən Nothing smartfonu gələn ilin əvvəlində təqdim olunacaq. Şirkətin ilk smartfonu barəsində məlumatlar yoxdur. Sadəcə güman etmək olar ki, o, Qualcomm-un Snapdraogn prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing brendinin hələ ki, yeganə məhsulu Ear (1) adlı naqilsiz qulaqlıqdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib.


Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəl..


Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar..


Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyin..

Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib.


OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıx..


iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər..

Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonları L..

×