
OnePlus-ın ilk qatlana bilən smartfonu barəsində bəzi məlumatlar verilib
Bu ayın əvvəlində OnePlus şirkəti rəsmi şəkildə elan etmişdi ki, o öz ilk qatlana bilən smatfonu üzərində çalışır. İndi isə internetdə şirkətin ilk qatlana bilən smartfonu barəsində bəzi məlumatlar ortaya çıxıb. Məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən qatlana bilən smartfon 2K keyfiyyətli əsas ekran ilə təchiz olunacaq. Bununla yanaşı o, xarici görünüşcə Samsung Galaxy Z Fold seriyasını xatırladacaq. Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat verilməyib. Sadəcə güman etmək olar ki, OnePlus şirkətinin ilk qatlana bilən smartfonu Qualcomm-un və ya MediaTek-in flaqman prosessoru ilə təchiz olunacaq. OnePlus öz ilk qatlana bilən smartfonunu bu ilin üçüncü rübündə təqdim etməlidir.
Paylaş
Bənzər xəbərlər