Logo
    main-post-cover

    OnePlus-ın ilk qatlana bilən smartfonu OPPO Find N2-nin əsasında hazırlanır

    Cihazlar+
    24.07.2023
    Emil
        OnePlus-ın öz ilk qatlana bilən smartfonunu təqdim edəcəyi müddət artıq çox yaxındır. Smartfon artıq gələn ay təqdim ediləcək. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət ilk qatlana bilən smartfonunu OnePlus Open adlandıracaq. İndi isə insayderlər onun barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Open smarfonu böyük ehtimal ilə OPPO Find N2 adlı qatlana bilən smartfon əsasında hazırlanır. Bu, OnePlus Open-in OPPO Find N2-nin dizaynı ilə texniki göstəricilərini tamamilə kopyalayacağı demək deyil.
        Lakin əminliklə demək olar ki, OnePlus Open smartfonu OPPO-nun qatlana bilən smartfonunun sahib olduğu Fold form-faktorunu əldə edəcək. Buna görə də OnePlus Open-in ölçüləri və çəkisi OPPO Find N2-nin ölçüləri və çəkisi ilə eyni olmalıdır. Faktiki olaraq bu, məntiqli səslənir. Belə ki, OPPO Find N2-nin yalnız Çin bazarında satıldığı bir halda OnePlus Open qlobal bazarda satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Open modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər