Logo
    main-post-cover

    OnePlus-ın ilk qatlana bilən smartfonu qeyri-adi ada sahib ola bilər

    Cihazlar+
    06.07.2023
    Emil
        Artıq məlumdur ki, OnePlus şirkəti gələn ay ilk qatlana bilən smartfonunu təqdim edəcək. Təqdim olunacaq smartfon Fold form-faktoruna sahib olacaq və xarici görünüş baxımından kitabı xatırladacaq. Daha öncə güman edilirdi ki, OnePlus-ın ilk qatlana bilən smartfonu OnePlus Fold adını əldə edəcək. Smartfonun Fold form-faktoruna sahib olacağını nəzərə alsaq bu cür ad çox məntiqli səslənir. Lakin insayderlərin vermiş olduqları yeni məlumatda tamamilə əks fikir əks olunub. Belə ki, onların sözlərinə əsasən şirkət öz ilk qatlana bilən smartfonu üçün OnePlus Open adını seçib. Əgər bu məlumat həqiqətən də doğrudursa deməli bizləri qəribə və eyni zamanda orijinal bir adlandırma gözləyir.
    Paylaş
    Bənzər xəbərlər