Logo
    main-post-cover

    OnePlus-ın ilk qatlana bilən smartfonunun texniki özəllikləri açıqlanıb

    Cihazlar+
    25.04.2023
    Emil
        OnePlus şirkəti ilin əvvəlində təsdiqləmişdi ki, o bu il ərzində ilk qatlana bilən smartfonunu təqdim edəcək. Şirkət bunu hələ etməyib. Lakin insayderlər şirkətin ilk qatlana bilən smartfonu barəsində məlumatları verməyə davam edirlər. İnsayderlər tərəfindən verilmiş yeni məlumatlarda qatlana bilən OnePlus smartfonunun texniki özəllikləri və mümkün təqdimat müddəti əks olunub. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus V Fold adlı qatlana bilən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 8 düym AMOLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək.
        Smartfon Snapdragon 8 gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə LPDDR5X standartlı RAM yaddaşı ilə UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək. OnePlus V Fold 100 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareyaya sahib olacaq. Kameralara gəldikdə isə OnePlus-ın ilk qatlana bilən smartfonu 50 MP + 48 MP + 32 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. İnsayderlər bildiriblər ki, OnePlus V Fold-un qlobal təqdimatı avqust və ya sentyabrda baş tutacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus şirkəti qatlana bilən qapaqlı form-faktora sahib digər bir smartfon üzərində də çalışır və gözləntilərə əsasən o, OnePlus V Flip adını əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər