OnePlus-ın yeni flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxıb

OnePlus-ın yeni flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxıb

Mobil Cihazlar
30.07.2020 PAYLAŞIM

    OnePlus şirkətinin yeni flaqman smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar Geekbench bençmark saytında ortaya çıxıblar. Güman olunur ki, bu, OnePlus 8T modelidir. Bu barədə Phonearena saytı xəbər verib. Geekbench-də olmuş testlərə əsasən şirkətin KB2001 kod nömrəli smartfonu Snapdragon 865 Plus prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.

    Smartfon Geekbench-in birnüvəli testində 912 xal, çoxnüvəli testində isə 3288 xal toplayıb. Maraqlısı ondadır ki, testlərdən keçmiş smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışıb. Bu isə smartfonun payız fəslində satışa çıxacağına işarə edir. Gözləntilərə əsasən OnePlus 8T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat hələki yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Pixel 4 və Pixel 4 XL smartfonlarının istehsalatı ilə satışlarını..

Google şirkəti keçən ilin oktyabr ayında təqdim olunmuş Pixel 4 və Pixel 4 XL smartfon modellərinin ..


iPhone 12-nin OLED ekran modulunun real fotosu təqdim olunub

Apple şirkətinin iPhone 12 seriyasının təqdimat tarixi yaxınlaşdıqca onun texniki özəllikləri və diz..


OnePlus şirkətinın təqdim olunmamış yeni büdcəli smartfonu Geekbench testlərində..

OnePlus şirkətinin təqdim olunmamış yeni büdcəli smartfon modeli Geekbench bençmark saytında ortaya ..


SON DƏQİQƏ: Samsung yeni qatlana bilən Galaxy Z Fold 2 smartfonunu təqdim edib..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 seriyasından əlavə olaraq h..


SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 flaqman smartfon seriyasını..


Poco F2 Pro: Bütöv ekran, güc, 5G və 8K | İcmal

Poco F2 Pro video icmal. Xiaominin başqa bir brendi Poco orta büdcə ilə nələr vəd edir? 60 HZ ekran,..

×