main-post-cover

    OnePlus-ın yeni flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxıb

    Cihazlar+
    30.07.2020
    Farid Pardashunas
        OnePlus şirkətinin yeni flaqman smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar Geekbench bençmark saytında ortaya çıxıblar. Güman olunur ki, bu, OnePlus 8T modelidir. Bu barədə Phonearena saytı xəbər verib. Geekbench-də olmuş testlərə əsasən şirkətin KB2001 kod nömrəli smartfonu Snapdragon 865 Plus prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.
        Smartfon Geekbench-in birnüvəli testində 912 xal, çoxnüvəli testində isə 3288 xal toplayıb. Maraqlısı ondadır ki, testlərdən keçmiş smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışıb. Bu isə smartfonun payız fəslində satışa çıxacağına işarə edir. Gözləntilərə əsasən OnePlus 8T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat hələki yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər