Logo
    main-post-cover

    OnePlus Nord 3 smartfonunun konkret təqdimat tarixi məlum olub

    Cihazlar+
    23.06.2023
    Emil
        OnePlus şirkəti OnePlus Nord 3 smartfonunun təqdimatına hazırlaşır. İnsayderlər bu smartfonun təqdimat tarixi barəsində məlumat veriblər. Onların sözlərinə əsasən OnePlus Nord 3 smartfonu 5 iyul tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, şirkət artıq Nord Buds 2R adlı yeni naqilsiz qulaqlığının təqdimatını anons edib və təqdimat 5 iyul tarixində baş tutacaq. Böyük ehtimal ilə şirkət hər iki məhsulu eyni tədbir çərçivəsində təqdim edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym AMOLED ekran, MediaTek Dimensity 9000 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər