
OnePlus Nord 3 smartfonunun texniki özəllikləri məlum olub
Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus Nord 3 smartfonu üzərində çalışır. OneLeaks ləqəbli məşhur insayder isə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumatları təqdim edib. Beləliklə insayder tərəfindən təqdim edilmiş məlumatlara əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek 9000 prosessoru vasitəsilə çalışacaq və özündə 8/16 GB RAM ilə 256 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Kameralara gəldikdə isə OnePlus Nord 3 modeli 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Məlumata əsasən smartfonun qlobal təqdimatı iyun və ya iyul ayında baş tutmalıdır.
Paylaş
Bənzər xəbərlər