Logo
    main-post-cover

    OnePlus Nord 3-ün bəzi texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    14.04.2023
    Emil
        Artıq məlumdur ki, OnePlus şirkəti Nord 3 smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatda qeyd edilib ki, şirkət Nord 3-ü artıq qlobal bazar üçün test edir və əgər hər şey plan üzrə getsə, smartfon ya yaz fəslinin sonunda ya da yay fəslinin əvvəlində təqdim olunacaq. Texniki göstəricilərə gəldikdə isə qeyd edilib ki, Nord 3 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym AMOLED ekran, MediaTek Dimensity 9000 prosessoru, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər